“Azərbaycanla razılıq əldə etmişik” - Kaladze

AzVision.az “Qruziya Online” saytına istinadən xəbər verir ki, bunu Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib. Onun sözlərinə görə, bu barədə razılıq Azərbaycana sonuncu səfəri zamanı əldə edilib: “ Bakı da Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev lə görüşüm zamanı iki ölkə arasında gələcək əməkdaşlığı və ölkəmizin daxili tələbatı üçün vacib olan əlavə həcmdə təbii qaz alınması məsələsini müzakirə etdik. Bu, bizim daxili tələbatımız üçün olduqca mühüm məsələdir Faktiki olaraq razılığa gəlmişik. Belə ki, “Şahdəniz” yatağından Cənubi Qafqaz boru kəməri ilə əlavə həcmdə təbii qaz almaq mümkün olacaq”. Eldar Tanrıverdiyev Teqlər: