“Real” kubok yarışlarından qovuldu

İspaniya Futbol Federasiyası “Real” klubunu ölkə kuboku yarışlarından kənarlaşdırıb. Belə bir qərarın verilməsinə Madrid klubunun yarımmüdafiəçisi rusiyalı Denis Çerışevin kubok turnirinin onaltıdabir final mərhələsində “Kadis” komandasına qarşı oyunda meydana çıxması səbəb olub. Məlum olub ki, rusiyalı futbolçu hələ “Real” klubunadək “Vilyareal”da forma geyən vaxt bir oyunluq cəzası olub. Bunu səbəb gətirən “Kadis” klubu apelyasiya şikayəti verərək madridliləri kral kubokundan kənarlaşdırıb. Teqlər: